SƏFİRLİYİMİZƏ HÜCUMLA BAĞLI MƏQALƏ “VİKİPEDİYA”NIN İNGİLİS DİLİ BÖLMƏSİNDƏ ANA SƏHİFƏYƏ YERLƏŞDİRİLİB

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş xain terror aktı dünyanın ən böyük informasiya resurslarından biri olan “Vikipediya”da da əks olunub.

Bu barədə Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum haqqında məqalə “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadənin və Qulamhüseyn Məmmədovun səyi ilə tam formada genişləndirilib, ingilisdilli “Vikipediya”nın hər gün dünyanın müxtəlif yerlərindən yüz minlərlə oxucunun daxil olduğu ana səhifəsinə yerləşdirilib. Məqalədə ingilisdilli oxuculara terror aktı barədə geniş və ətraflı məlumat verilib.