SƏFİRLİYƏ HÜCUM ZAMANI ŞƏHİD OLAN ORXAN ƏSGƏROVUN YAS MƏRASİMİ KEÇİRİLİR 

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Yas mərasimi Yasamal rayonunda yaşadığı ünvanda təşkil olunub.

Mərhumun cənazəsinin bu gün axşam saatlarında Bakıya gətirləcəyi gözlənilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.