SƏFİR: AZƏRBAYCANIN HEÇ BİR BOMBASI ERMƏNİSTAN ƏRAZİSİNƏ DÜŞMƏYİB

Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur, bu barədə Ermənistandan qaynaqlanan bütün xəbərlər saxtadır.

P.Bülbüloğlu bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı cəbhəyə getmək üçün müraciət edib:

“Bu günlərdə səfirlikdə çoxlu sayda müraciət qəbul edilir. Onlar döyüşmək arzusunda olan vətənpərvər insanlardır. Biz onlara dərindən təşəkkür edirik. Amma bu gün bizim buna ehtiyacımız yoxdur, ordumuz tam təchiz olunub, bizim ən müasir silahlarımız var”.