SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YENİ RƏİSİ KOLLEKTİVƏ TƏQDİM EDİLİB

Aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Xalid Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəyə yeni təyin olunmuş rəisi Mürsəl İbrahimovu kollektivə təqdim edib.

X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, Xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.