SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev A.Y.Rəhimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.