SƏDR MÜAVİNİBU İL ŞUŞADA DOST FİLİALININ AÇILIŞI NƏZƏRDƏ TUTULUB

Bu ilin dekabrında Şuşa DOST filialının açılışı nəzərdə tutulub.

Bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

O qeyd edib ki, DOST Agentliyi artıq Bakı şəhərini tam əhatə edir. Bu il yeni mərkəzlərin açılması ilə, eyni zamanda, 5 saylı DOST mərkəzinin açılması ilə Bakıda mərkəzlərin sayı yekunlaşdırılacaq.

“Qarabağ proqramı ilə bağlı onu deyə bilərəm ki, Zəngilanın Ağalı kəndində ilk məskunlaşma həyata keçiriləcək. Orada xüsusi ağıllı DOST konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa il”i elan etməsi ilə bağlı bu ilin dekabrında Şuşa DOST filialının açılışı nəzərdə tutulub. Həmçinin 2022-ci ildə əsas regional mərkəzlərin Bərdədə, Qubada, Sabirabadda və Gəncə şəhərində açılması planlaşdırılır”, – deyə o bildirib.