SƏDƏRƏK RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev Həbib İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.