SƏBUHİ ATTAR PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Türk-Ərəb ölkələri Əməkdaşlıq Dərnəyinin baş direktoru, Tunisin İzmirdəki fəxri konsulu Səbuhi Attar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən zəfər qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Prezidentliyinizin yeni dönəmində də uğurlarınızla ölkənizi daha da inkişaf etdirməyinizi və firavanlaşdırmağınızı arzulayıram”.