SƏADƏT YUSİFOVA MƏDƏNİYYƏT NAZİRİNİN MÜAVİNİ TƏYİN EDİLİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səadət Yusifova Mədəniyyət nazirinin müavini təyin edilib.

Səadət Yusifova bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.