RUSİYANIN NOVOSİBİRSK VİLAYƏTİ QANUNVERİCİLİK MƏCLİSİNİN SƏDR MÜAVİNİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI MƏKTUBU ÜNVANLAYIB

Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm.

Bu ağır itkinin kədərini bölüşürəm, yaralananların tezliklə sağalmalarını arzulayıram”.