Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlərdə həlak olub.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
“Hüznlə bildiririk ki, Rusiya FHN-nin başçısı Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərkən faciəli surətdə həlak olub”, – deyə nazirlikdə bildiriblər.
Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində işləyirdi. Onun 55 yaşı vardı.