
Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi üzərində siyasi müstəvidə iş aparılır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS agentliyinə müsahibəsində bildirib.
Azərbaycanda, o cümlədən Qarabağda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ üzərində siyasi müstəvidə iş aparılır.
Klimov deyib: “Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqda, konsulluq idarəsi də bu sənədlərlə bağlı əməli addımlar atacaq”.