RUSİYALI YAZIÇI ALBERT LİXANOV VƏFAT EDİB

Rusiyalı ictimai xadim və uşaq yazıçısı Albert Lixanov vəfat edib.

Bu barədə Rusiyanın İctimai Palatası bildirib.

Yazıçı 87 yaşında dünyasını dəyişib. A.Lixanov 1992-ci ildə Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti olub. O, eyni zamanda Rusiya Uşaq Fondunun təsisçisi və rəhbəri olub.

O, “Mənim generalım”, “Labirint”, “Yalan” və digər əsərlərin müəllifidir.

Albert Lixanov 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.