Rusiyalı deputat və ekspertlərin Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.
Nümayəndə heyəti Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.
Nümayəndə heyətinin tərkibində aşağıdakı şəxslər iştirak edir:
Oleq Valençuk, Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından deputatı, Təbii ehtiyatlar, mülkiyyət və torpaq münasibətləri komitəsinin üzvü
Sergey Kalaşnikov, Rusiya Dövlət Dumasının Liberal Demokrat partiyasından deputatı
İqtisadi siyasət, sənaye, innovativ inkişaf və sahibkarlıq komitəsi sədrinin birinci müavini
Sergey Voronin, Liberal Demokrat partiyasının Rusiya Dövlət Dumasındakı fraksiya rəhbərinin müşaviri, İnformasiya-analitika departamentinin rəhbəri
İqor Korotçenko, “Natsionalnaya Oborona” jurnalının baş redaktoru
Dionis Kaptar, jurnalist, yazıçı, publisist, “Den” telekanalının aparıcısı
Sergey Markov, Siyasi Araşdırmalar İnstitutunun direktoru
Darya Qrevtsova, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini