Sosial şəbəkələrdə Rusiyadan Bakıya göndərilən metro qatarlarının yolda zədələndiyi ilə bağlı iddialar yayılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar yoldadır və heç bir problem yoxdur.
“Vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb. Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur”.
Metropoliten rəsmisi həmçinin bildirib ki, qatarların yol boyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür.
“Qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu həmişə belə olub və bu dəfə də belə olacaq”.