Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Perm şəhərindən Bakıya yeni reysləri işə salacaq.
Bu barədə aviaşirkətdən məlumat verilib.
Qeyd olunub ki, uçuşlar iyunun 3-dən başlayacaq və oktyabrın 28-dək davam edəcək.
Təyyarə Permdən saat 08:30-da çıxacaq, Bakıda 10:35-də eniş edəcək. Biletin qiyməti 220,23 dollar təşkil edir.