Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunun barıt sexində baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Rusiya mətbuatında yayılan dəqiqləşdirilmiş məlumata əsasən həlak olmuş 16 nəfərin cəsədi aşkarlanıb.
Təcili xidmət orqanlarından bildiriblər ki, zavodun barıt sexi partlayıçılar istehsalı və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan kompaniyaya məxsusdur.
Zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur.