RUSİYADA XÜSUSİ VƏ YA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ TƏTBİQ OLUNMAYACAQ

Rusiyada xüsusi vəziyyət və fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkə aviaşirkətlərinin qadın heyəti ilə görüşdə söyləyib.

Prezident bildirib ki, xüsusi vəziyyət böyük miqyaslı daxili təhlükə, fövqəladə vəziyyət isə texnogen və təbii fəlakətlər zamanı tətbiq edilir. Rusiyada belə hallar müşahidə olunmadığı üçün xüsusi və ya fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.