ATƏT PA-NIN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCANA GƏLƏCƏK

ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə ATƏT PA məlumat verib.

K.Henriksen Gürcüstana ikigünlük səfərindən sonra Ermənistana və Azərbaycana səfər edərək əməkdaşlıq məsələləri və regional problemləri müzakirə edəcək.

Qeyd edək ki, Kari Henriksen 2021-ci ilin avqustunda ATƏT PA-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub.