
Rusiyanın Primorye diyarının Nadejdinsk rayonu ərazisində “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Alekseyevka yaşayış məntəqəsi yaxınlığında meşə massivinə düşüb. Təyyarənin iki pilotu katapulta olunub. İlkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən baş verib.