
İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
11:06
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
Bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr məsafədə aşkar edilib.
Qeyd edək ki, “Rosaviasiya”nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.