RUSİYADA MƏDƏN PARTLAYIŞI NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Daha 45 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, hadisə zamanı mədəndə 285 nəfər olub.

Xilasetmə qüvvələri onların təxliyəsini həyata keçirir. Son məlumatlara əsasən 239 nəfər təxliyə olunub.