RUSİYADA HELİKOPTER QƏZAYA UĞRAYİB, HƏLAK OLAN VAR

Rusiyanın Başqırdıstan Respublikasında helikopter qəzaya uğrayıb, xəsarət alanlar və həlak olan var.

Bu barədə məlumatlı mənbədən bildirilib.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər həlak olub.

Qeyd edək ki, göyərtəsində üç nəfər olan helikopter Başqırdıstanın Blaqoveşensk rayonunda sərt eniş edib.