RUSİYADA QƏZAYA UĞRAYAN TƏYYARƏDƏKİ 74 NƏFƏRİN HAMISI HƏLAK OLUB

Rusiyanın Belqorod vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 74 nəfər, o cümlədən 65 ukraynalı əsir həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, “İl-76” hərbi nəqliyyat təyyarəsi Moskva vaxtı ilə saat 11:00 radələrində planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Təyyarədə dəyişdirmək üçün aparılan 65 ukraynalı əsir, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.

Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, təyyarədə olanların hamısı ölüb. Onun sözlərinə görə, yerdə dağıntı yoxdur.

Qəzanın səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb.