RUSİYADA DÖVLƏT DUMASINA SEÇKİLƏRİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANIB

“Vahid Rusiya” partiyası protokolların 100 faizinin yoxlanılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərində irəlidədir.

Müvafiq məlumatlar Rusiya Mərkəzi Seçki Komissiyanın (MSK) internet saytında yerləşdirilib.

Məlumata əsasən, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Üçün” – 7,46 faiz səs toplayıb.

Həmçinin, mövcud məlumatlara görə, “Yeni İnsanlar” partiyası 5,32 faiz səslə Dumaya daxil olub.