RUSİYADA 5,2 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Rusiyanın Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Kamçatka diyarı hökumətinin “Telegram” kanalında bildirilib.

“Kamçatka sakinlərinin bu gün hiss etdiyi zəlzələ Petropavlovsk-Kamçatskidən 85 km aralıda baş verib. Zəlzələnin ocağı 32 km dərinlikdə yerləşib. Maqnitudası 5,2 olub”, – deyə qeyd olunub.