RUSİYADA ƏCNƏBİLƏRİN MÜQAVİLƏ İLƏ HƏRBİ XİDMƏTƏ GÖTÜRÜLMƏSİ ÜÇÜN MƏNTƏQƏLƏR AÇILIB

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) ərazi orqanlarının binalarında və pasport-viza xidmətinin filiallarında əcnəbilərin müqavilə ilə hərbi xidmətə götürülmələrinə dair məntəqələr açılıb.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya silahlı qüvvələrində hərbi xidmət keçmək barədə müqavilə bağlamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eləcə də onların ailə üzvləri Rusiya vətəndaşlığını asanlaşdırılmış qaydada ala biləcəklər.