RUSİYA XİN: QARABAĞ ERMƏNİLƏRİNİN ƏKSƏRİYYƏTİ REGİONU KÖNÜLLÜ TƏRK EDİB

Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib.

Bu barədə TASS agentliyinə müsahibəsində Rusiya XİN-in başçısının müavini Mixail Qaluzin bildirib.

“Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların könüllü seçimi idi”, – o qeyd edib.

RF xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətinin genişləndirilməsi məsələsi üzərində işləyir.

“Diplomatların MDB dövlətlərində fəaliyyətinin spesifikası hər şeydən əvvəl ondan ibarətdir ki, həmin dost ölkələri bizimlə çoxəsrlik ortaq tarix, bir-birinin ənənələrinin dərindən başa düşülməsi, ümumi mədəniyyət və rus dilinə münasibət birləşdirir”, – nazir deyib.