Rusiya Ukrayna ilə danışıqlar zamanı sülh məsələlərini müzakirə etmək niyyətindədir.
TASS xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“İlk növbədə, biz sülhdən danışacağıq, Ukraynaya sülh necə gələ bilər, 2014-cü ildə şahidi olduğumuz bütün hadisələrin təkrarlanmaması üçün nə etmək lazımdır?”, – A.Rudenko bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə danışıqlarda hansı səviyyədə təmsil olunacağını özü müəyyən etməlidir.