Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır.
Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Qeyd olunub ki, rusiyalı sülhməramlılar vəziyyətin sabitləşməsi üçün zəruri səyləri göstərir.
“Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində fəal iş aparılır”, bəyanatda deyilir.
Rusiya XİN vurğulayıb ki, mövcud ziddiyyətlərin tənzimlənməsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixi bəyanatının müddəalarına uyğun olaraq yerinə yetirilməlidir.