RUSİYA XİN FRANSANI AZƏRBAYCANIN MÖVQEYİNİ NƏZƏRƏ ALMAĞA ÇAĞIRIB

Fransa Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Bir tərəfdən, biz dəfələrlə bildirmişik ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiyanın səylərinə zidd olmayan, ələlxüsus bu səyləri təkrarlamayan istənilən təşəbbüsü müsbət qarşılayırıq.

Digər tərəfdən, Fransanın bu istiqamətdə aktivliyi bizə yaxşı məlumdur. Ən az bunun qədər önəm daşıyan isə odur ki, bu cür vasitəçilik səyləri çərçivəsində ilk növbədə hər iki tərəfin, yəni həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Bu olmadan onsuz da gərgin olan vəziyyətin tənzimlənməsində hər hansı irəliləyiş gözləməyə dəyməz. Bu istənilən vasitəçiliyin alfa və omeqasıdır”, – o deyib.