RUSİYA XİN FRANSA PREZİDENTİ EMMANUEL MAKRONUN BƏYANATINI “TƏHRİKÇİLİK” ADLANDIRILIB

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidentinin bəyanatını “təhrikçilik” adlandırıb. Emmanuel Makron Rusiyanın Azərbaycanla ortaq olduğunu və Ermənistanın ərazi bütövlüyünü hədələdiyini bildirib.

Mariya Zaxarova bu barədə sentyabrın 27-də açıqlama verib.

“Bu həm də təhrikçilik deməkdir. Fransa təmsilçilərinin bu təxribatçı ritorikası və fəaliyyəti onların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində qərəzli mövqe tutduqlarını göstərir. Onlar indiyədək bölgəyə sülhün qaytarılmasını qarşısına məqsəd qoymuş vasitəçi kimi yox, məhz öz şəxsi siyasi maraqlarını güdmək mövqeyindən çıxış ediblər”, – deyə o bildirib.