RUSİYA XİN ERMƏNİSTANDA DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLANMASI BARƏDƏ XƏBƏRLƏRİ TƏKZİB EDİB

Ermənistan teleqram kanallarının dövlət çevrilişi etmək üçün 3 min “vaqnerçi”nin bu ölkəyə göndərilməsi barədə yaydıqları xəbər yalandır.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur. M.Zaxarova vurğulayıb ki, Ermənistanın əhalisi çox deyil və bu şəraitdə 3 min “vaqnerçi”nin ölkəyə gəlişini sübut edən hər hansı fotolar və videolar olmalı idi.