Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Ermənistan arasında gərginliklə əlaqədar bəyanat yayıb.
Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib.
“Sentyabrın 13-ə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik”, – bəyanatda deyilir.
Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.
“Biz Bakı və İrəvanla sıx təmasdayıq”, – bəyanatda deyilir.

