Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
M.Zaxarova Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərək tərəfləri təmkinli olmağa səsləyib.
Onun sözlərinə görə, Rusiya vasitəçilik səylərini davam etdirir.
XİN rəsmisi bildirib ki, Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır.