RUSİYA XİN: AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI VƏ DEMARKASİYASI PRİORİTET MƏSƏLƏDİR

Bu gün qarşıda duran prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu istiqamətlərdə inkişafın əldə olunması Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasında ciddi irəliləyişə nail olmağa imkan verəcək.

“Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının tam reallaşdırılması zərurətini rəhbər tuturuq” – bəyanatda deyilir.