RUSİYA XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ LAÇIN YOLUNDAKI VƏZİYYƏT MÜZAKİRƏ EDİLİB

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın bu ölkədəki səfiri Vaqarşak Arutunyan ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Laçın dəhlizindəki və bütövlükdə Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər.