RUSİYA VƏ TÜRKİYƏ XİN-LƏRİ QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin (XİN) məsləhətləşmələrində Qarabağdakı vəziyyət müzakirə olunub.

Bu barədə Rusiya XİN-i məlumat verib.

Məlumata görə, müzakirələr zamanı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib.

Rusiya XİN-in açıqlamasında deyilir ki, Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.