RUSİYA VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ TELEFONLA DANIŞIBLAR

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı silahlı qiyam cəhdi ilə əlaqədar ölkədə yaranmış vəziyyət barədə məlumatlandırıb. Türkiyə lideri Rusiya rəhbərliyinin atdığı addımları tam dəstəklədiyini vurğulayıb.