
Ötən gün fasilə verilmiş Rusiya-Ukrayna danışıqları bərpa olunub.
Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali radanın deputatı David Araxamiya deyib.
Danışıqların başlama vaxtı ilə bağlı jurnalistlərin suallarını cavablandıran D.Araxamiya prosesin artıq başladığını bildirib.
Qeyd edək ki, iki ölkə arasında danışıqların növbəti mərhələsi ötən gün onlayn rejimdə başlayıb. Tərəflər bir neçə saat danışıqlardan sonra bəzi məsələlərin müəyyənləşdirilməsi üçün birgünlük texniki fasilə elan etmişdi.