RUSİYA-TÜRKİYƏ BİRGƏ MONİTORİNQ MƏRKƏZİNİN HEYƏTİ, ATƏŞKƏSƏ VƏ DAĞLİQ QARABAĞ MÜNAQİŞƏSİ BÖLGƏSİNDƏKİ HƏRBİ ƏMƏLİYYATLARİN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT VƏZİFƏLƏRİNİ DAVAM ETDİRİR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.
“Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur” – nazirlikdən bildirilib.