
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları başa çatıb.
Rusiya nümayəndə heyətinin başçısı, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqların konstruktiv keçdiyini bildirib.
O deyib ki, Ukrayna aydın formalaşdırılmış mövqeyini təqdim edib. “Rusiya gərginliyi azaltmaq üçün Ukrayna tərəfinə iki addım atır”, – deyə V.Medinski bildirib.
Rusiya rəsmisi prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin müqavilə hazır olduqdan sonra görüşəcəklərini vurğulayıb.