Rusiya Silahlı Qüvvələri Ukraynaya bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri alıb.
“TASS”ın verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə deyib.
“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, – deyə İ.Konaşenkov bildirib.