RUSİYA SƏFİRLİYİ ÖZ VƏTƏNDAŞLARINA AZƏRBAYCANI QURU SƏRHƏDLƏ TƏRK ETMƏYƏ YARDIM GÖSTƏRƏCƏK

Rusiyanın Azərbaycandakı səfirliyi aprelin sonunda Rusiya vətəndaşlarının dövlət sərhədini keçidini təşkil etməyi planlaşdırır.

Bu barədə səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, bu cür tədbirlər iki ölkə arasında sərhədlərin bağlanacağı təqdirdə hər ay həyata keçiriləcək.

Səfirlikdən bildiriblər ki, “Samur” sərhəd-keçid məntəqəsindən keçid üçün Rusiya vətəndaşlığına malik olmaq və ya bu ölkəyə getmək üçün əsaslı səbəb təqdim etmək lazımdır. Sərhəddən keçidlər ödənişsiz əsasda həyata keçiriləcək.