RUSİYA SƏFİRİ AZƏRBAYCANIN AVRASİYA İQTİSADİ İTTİFAQINA QOŞULMASININ MÜMKÜNLÜYÜNÜ ŞƏRH EDİB

Bu və ya digər təşkilata qoşulmaq qərarı, xüsusilə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı dövlətin suveren haqqıdır.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz görürük ki, ölkələrin Aİİ-yə inteqrasiyası iqtisadi baxımdan faydalı olub. Aİİ ölkələrinin toplam ümumi daxili məhsulu dörd faizdən çox, qarşılıqlı ticarət 30 faiz, xarici bazarlara ixrac 41 faiz artıb. Hazırda Aİİ ölkələri rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlıqda, kiçik və orta biznesə dəstək göstərilməsində təcrübəyə malikdir. Bundan başqa, bir sıra ölkələr bu təşkilata üzv olmağa maraq göstərir”, – deyə səfir bildirib.