RUSİYA SƏFİRİ: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞLƏRİ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASINA XİDMƏT EDƏCƏK

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda baş tutmuş ilk belə görüş münasibətlərin qurulması prosesinin başlanması üçün tərəflərdən dəstək alıb.

“2022-ci ildə təmasların davam etdirilməsi barədə söhbət olub, amma hələlik tarixlər məlum deyil”, – deyə səfir bildirib.

Xatırladaq ki, 2021-ci il dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk görüş keçirilib.