
Rusiya və Ukrayna heyətlərinin növbəti görüşü martın 29-da İstanbulda keçiriləcək.
Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
Məlumata əsasən, Rusiyanın nümayəndə heyəti artıq İstanbula səfər edib. Nümayəndə heyətini gətirən təyyarə Ankara vaxtı ilə saat 16:00-da İstanbulun Atatürk Hava Limanına enib.
Bildirilib ki, nümayəndə heyətləri arasında görüş martın 29-da İstanbulun Dolmabaxça Sarayında media üçün qapalı şəraitdə keçiriləcək.