RUSİYA MÜDAFİƏ NAZİRLİYİ UKRAYNADA İTKİLƏRİNİ AÇIQLAYIB

Ukraynada xüsusi hərbi əməliyyat zamanı 1,3 mindən çox Rusiya hərbçisi həlak olub.

TASS xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bildirib.

“Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı yoldaşlarımız arasında itkilər olur. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825-i yaralanıb”, – S.Rudskoy deyib.

Onun sözlərinə görə, həlak olanların ailələrinin təminatını dövlət öz üzərinə götürəcək.