RUSİYA MƏTBUATI PREZİDENT İLHAM ƏLİYEVİN TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAKINI GENİŞ İŞIQLANDIRIB

Rusiya mətbuatı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü və Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tədbirdə iştirakını geniş işıqlandırıb.

Rusiyanın federal mətbuat orqanları Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə Toplantısı barədə ətraflı xəbərlər yayıblar. TASS, “İnterfaks”, “Vestnik Kavkaza” agentlikləri, “SNG.fm” radiosu, “News.ru” portalı və digər KİV-in materiallarında türk dövlətləri birliyinin genişlənməsi, Prezident İlham Əliyevin Sammitdə çıxışı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tədbir çərçivəsində “Zamanın ilğımları” adlı sərgi və “Əbədi şəhər” tarixi-etnoqrafik komplekslə tanışlığına dair məlumatlar yer alıb.