
Son günlərdə Ermənistanda müdafiə nazirinin vəzifələrini icra edən Vaqarşak Arutyunyanla baş qərargah rəisi Artak Davtyan arasındakı münasibətlər kəskinləşib.
Bu barədə Rusiya KİV-ləri yazır.
Qeyd olunur ki, A.Davtyan heç bir qərarını nazirlə razılaşdırmır:
“Vəziyyət barədə baş nazir vəzifələrini icra edən Nikol Paşinyana da məlumat çatdırıblar, amma o, vəziyyətin düzəldilməsi və subordinasiyanın tənzimlənməsi üçün heç bir addım atımır”.